DÜNYA


İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlayıb

Paris, 17 noyabr, AZƏRTAC

İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlayıb.

AZƏRTAC xəbər verir ki, Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyin Macarıstandan İtaliyaya keçməsi ilə bağlı 47 üzv dövlətin nümayəndələri bir araya gəliblər. Əvvəlcə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Nazirlər Komitəsinin yeni sədri, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Mayo ölkəsinin altı ay ərzində fəaliyyət göstərəcək sədrliyinin prioritetlərini təqdim edib. Bildirib ki, İtaliya fəaliyyətini üç əsas mövzuya yönəldəcək: ortaq prinsip və dəyərlərə sadiqlik, qadınların səlahiyyətlərinin, eləcə də uşaq və yeniyetmələrin hüquqlarının möhkəmləndirilməsi və əsasında insan duran etibarlı gələcəyin qurulması.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.