Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İtaliyanın Azərbaycandakı sabiq səfiri bu ölkənin Ermənistandakı keçmiş səfirinin yalanlarını üzə çıxarıb

Roma, 30 iyul, AZƏRTAC

İtaliyanın tanınmış “La Verita” qəzetində bu ölkənin Ermənistandakı sabiq səfiri, İtaliya-Ermənistan Ticarət və Sənaye Assosiasiyasının fəxri sədri Bruno Skapininin absurd məlumatları özündə əks etdirən məqaləsinə cavab olaraq İtaliyanın Azərbaycandakı sabiq səfiri, Genuya şəhərində Azərbaycanın fəxri konsulu Marqarita Kostanın qəzetin redaksiyasına göndərdiyi məktubu dərc olunub.

AZƏRTAC xəbər verir ki, M.Kosta məktubunda əvvəlcə qarşı tərəfin "Dağlıq Qarabağ, azadlıq uğrunda müharibə" başlıqlı yazısını oxuyarkən artıq məqalənin başlığından göründüyü kimi, reallıqdan uzaq təhrif edilmiş məlumatları əks etdirdiyini, Ermənistan-Azərbaycan dövlət sərhədində son günlər baş verən hadisələri düzgün şəkildə çatdırmadığını deyib.

Məqaləsində təxminən 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı davam edən və Azərbaycanın tarixi bölgəsi olan Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən hərbi təcavüzün, əslində, azadlıq axtarışı ilə deyil, məhz Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə əlaqədar olduğunu bildirib. B.Skapininin fikirlərinin əksinə olaraq, M.Kosta sovet dövründə Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusuna malik olduğunu, daxildəki müttəfiq respublikaların sərhədlərinin konstitusiyada təsbit olunduğunu, müttəfiq respublikanın ərazisinin onların razılığı olmadan dəyişdirilməsinin mümkün olmadığını və SSRİ-nin mərkəzi orqanlarının müvafiq təsdiqi nəticəsində mümkün ola bildiyini qeyd edərək Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) münasibətdə bunun baş vermədiyini vurğulayıb.

M.Kosta bildirib ki, Sovet İttifaqının dağılmasından sonra “utipossidetis juris” beynəlxalq hüquq doktrinası yeni müstəqil dövlətlərin sərhədlərinin milli, regional və beynəlxalq legitimliyinin əsasını təşkil edir. Bu doktrinaya əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanınıb. M.Kosta öz müqəddəratını təyinetmə prinsipinə gəldikdə isə bunun hər hansı bir dövlətin tərkibindən ayrılmağa haqq qazandıran hüquq kimi təfsir edilə bilinməyəcəyini, bu prinsipi əsas gətirərək Azərbaycan kimi müstəqil dövlətin tərkibindən ayrılmağın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş dövlətlərin ərazi bütövlüyü və digər müvafiq prinsiplərinin pozulması demək olduğunu diqqətə çatdırıb.

O xatırladıb ki, münaqişədən əvvəl Dağlıq Qarabağda erməni və Azərbaycan icmalarından ibarət əhali yaşayırdı, lakin Ermənistan ordusu həmin ərazidən azərbaycanlıları tam şəkildə qovub. “Əgər biz hüquqdan danışmaq istəyiriksə, o zaman Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə öz doğmalarının məzarlarını ziyarət etmək hüququndan məhrum olduğunu da qeyd etməliyik”, - deyə M.Kosta bildirib.

Bu günlərdə baş verən hadisələrə gəldikdə isə M.Kosta sabiq səfir B.Skapininin dediklərinin əksinə olaraq, iyulun 12-dən başlayaraq məhz Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri, eləcə də əhalinin sıx məskunlaşdığı ərazilər hədəfə alınmaqla Azərbaycana qarşı hücumlar edildiyini, bu əməliyyatlar nəticəsində 12 azərbaycanlı hərbçinin və 76 yaşlı mülki şəxsin qətlə yetirildiyini bildirib. Ermənistan tərəfinin son hücumlarının səbəblərinə toxunan M.Kosta bunun, ilk növbədə, Ermənistanın yeni torpaqlar işğal etmək, eləcə də diqqəti baş nazir Nikol Paşinyanın ölkənin demokratikləşməsinə aparmalı olan "məxməri inqilab"ının uğursuzluğu nəticəsində yaranan mürəkkəb daxili problemlərdən, inqilabi diktatura ilə nəticələnən vəziyyətdən, COVID-19 pandemiyasının yayılması ilə daha da pisləşən sosial-iqtisadi problemlərlə dolu gərgin bir vəziyyətdən yayındırmaq arzusu ilə əlaqədar olduğunu bildirib.

Məktubunda M.Kosta qeyd edib ki, bu dəfə Ermənistanın son təxribatları işğal olunmuş ərazilərdə yox, ondan şimal istiqamətdə, Azərbaycanın Tovuz rayonunda, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verib. Ermənistanın məqsədinin münaqişəyə üçüncü tərəfləri, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək olduğunu, lakin bunun da baş vermədiyini bildirib. M.Kosta Ermənistanın hərbi təxribatlar törətdiyi ərazinin strateji əhəmiyyətə malik olduğunu xatırladaraq bildirib ki, sözügedən ərazidən Azərbaycanın və Xəzər dənizinin enerji ehtiyatlarının Qərb ölkələrinə, xüsusilə İtaliyaya (Azərbaycan İtaliyanın əsas neft tədarükçülərindəndir və gələn ildən etibarən isə əsas qaz tədarükçülərindən biri olacaqdır) və dünya bazarlarına daşınması və Şərqlə Qərbi birləşdirən dəmir yolu və avtomagistral yolundan ibarət bütöv bir infrastruktur keçir. Onun fikrincə, Ermənistanın məqsədi bölgədə stabilliyi pozmaq və Avropa üçün yeni bazarlara və alternativ enerji mənbələrinə çıxış yaradan bu fundamental layihələrin fəaliyyətinin qarşısını almaqdır. “Təsadüfi deyil ki, Ermənistan Azərbaycanın Avropaya qaz nəqlinə başlamazdan üç ay əvvəl Azərbaycana qarşı hərbi əməliyyata başlayıb”, - deyə M.Kosta bildirib.

B.Skapininin Azərbaycan tərəfindən Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının hədəf alınmasına dair hədələrə münasibətdə isə M.Kosta bunun həqiqətə uyğun olmadığını, əslində, Ermənistanın Azərbaycanın strateji strukturlarını hədəf aldığını vurğulayıb. “Ermənistan ciddi təhlükə mənbəyi olan köhnəlmiş texnologiyaya əsaslanan Metsamor AES barədə narahat olmalıdır”, - deyə o qeyd edib. M.Kosta Ermənistan hakimiyyətinin dəfələrlə Azərbaycan şəhərlərini Ağdam kimi xarabalığa çevirəcəyi ilə hədələdiyini, Ermənistan ordusu tərəfindən talan edilmiş və dağıdılmış Qarabağın əsas iqtisadi-mədəni mərkəzi olmuş, xarabalığa çevrilmiş "Qafqazın Hiroşima”sı adlandırılan Ağdam şəhərinin işğalından 27 il ötdüyünü bildirib.

Məktubunun sonunda M.Kosta sabiq səfir B.Skapinini ötən cavab məktublarının birində Azərbaycan xalqının multikultural dəyərləri barədə məlumat əldə etmək üçün Azərbaycana səfərə dəvət etməsinə baxmayaraq, B.Skapininin öz mövqeyinə davam etməyi üstün tutmasına təəssüfləndiyini bildirərək “İnsan səhv edə bilər, israr etmək isə şeytana məxsus xüsusiyyətdir”, - deyə fikrini tamamlayıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır