DÜNYA
İtaliyanın Baş naziri Mario Draqi Türkiyəyə səfərə yola düşüb
Roma, 5 iyul, AZƏRTAC
İtaliyanın Baş naziri Mario Draqinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə yola düşüb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin səfərinin məqsədi Ankarada keçiriləcək Türkiyə ilə İtaliya arasında hökumətlərarası zirvə toplantısında iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio, daxili işlər naziri Lusiana Lamorqese, müdafiə naziri Lorenzo Querini, iqtisadi inkişaf naziri Giankarlo Giorgetti və ekoloji transformasiya naziri Roberto Cinqolani var.
Üçüncüsü keçiriləcək hökumətlərarası zirvə toplantısında iki ölkə arasında siyasi münasibətlər və ticarət həcminin artırılması, eləcə də qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, iki ölkə arasında hökumətlərarası zirvə toplantısının birincisi 2008-ci ildə İzmirdə, ikincisi isə 2012-ci ildə Romada keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]