DÜNYA


İtaliyanın Baş naziri Mario Draqi hökumətin risk altında olmadığını bildirib

Roma, 3 iyul, AZƏRTAC

İtaliyanın Baş naziri Mario Draqi geniş iştiraklı koalisiya hökumətindəki siyasi gərginliyə görə rəhbərlik etdiyi hökumətin risk altında olmadığını deyib.

AZƏRTAC xəbər verir ki, M.Draqi son dövrlərdə koalisiya tərəfdaşları olan “5 Ulduz Hərəkatı” rəhbəri Cüzeppe Konte ilə yaşanan gərginliyi və hökumətin gələcəyini belə şərh edib: “Mən hələ optimistəm. Hökumət risk altında deyil. Çünki milli dəyərlər və İtaliyanın maraqları hər şeydən üstündür. Hökumət buna nail olmaq üçün yaradılıb və bunu etməlidir. “5 Ulduz Hərəkatı” olmadan hökumət olmaz. Bu, mənim fikrimdir”.

Baş nazir “5 Ulduz Hərəkatı”nın hökumətə mühüm töhfə verdiyini deyib: “C.Konte mənə hökumətdən ayrılmaq və kənardan dəstək vermək niyyətlərinin olmadığını bildirib. Buna görə də ona güvənirəm. Bu hökumət “5 Ulduz Hərəkatı” ilə formalaşıb”.

Qeyd edək ki, son dövrlərdə İtaliyada hakim partiya ilə tərəfdaş siyasi partiyalar arasında fikir ayrılıqları yaranıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.