DÜNYA


İtaliyanın Baş naziri: Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yenidən nəzərdən keçirilməsinə çalışacağıq

Roma, 6 iyun, AZƏRTAC

İtaliya Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yenidən nəzərdən keçirilməsinə çalışacaq.

AZƏRTAC ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Cüzeppe Konte Senatda çıxışı zamanı deyib.

“Biz son illər bir sıra geosiyasi böhranların tənzimlənməsində əhəmiyyətli rol oynayan Rusiyaya dair şəffaf siyasəti dəstəkləyəcəyik. Rusiya cəmiyyətinə sıxıntı verən sanksiyaların yenidən müzakirə edilməsi üçün səy göstərəcəyik”, - deyə Baş nazir bildirib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.