DÜNYA
İtaliyanın “Eni” şirkəti Qətərdə dünyanın ən böyük LNG layihəsinə daxil olur
Roma, 19 iyun, AZƏRTAC
İtaliyanın “Eni” neft-qaz şirkəti Qətərdə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) layihəsinə daxil olur.
AZƏRTAC xəbər verir ki, “Eni” “Qatar Energy” şirkəti tərəfindən Körfəz ölkəsində həyata keçirilən “North Field East” layihəsinin genişləndirilməsi üçün yeni beynəlxalq tərəfdaş kimi seçilib.
Qətərin enerji məsələləri üzrə dövlət naziri, “Qatar Energy” şirkətinin prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi və “Eni” şirkətinin baş direktoru Klaudio Deskalzi iki şirkət arasında birgə müəssisənin yaradılmasına dair tərəfdaşlıq sazişini imzalayıblar.
“North Field East” layihəsi Qətərin LNG ixrac qabiliyyətini artırmağa imkan verəcək. 28,75 milyard dollar sərmayə ilə həyata keçiriləcək layihə üzrə istehsala 2025-ci ilin sonuna kimi başlanması nəzərdə tutulur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]