İDMAN
İtaliyanın “Ferrari” komandası yeni bolidini nümayiş etdirib
Bakı, 12 fevral, AZƏRTAC
İtaliyanın “Ferrari” komandası Formula 1 üzrə dünya çempionatının yeni mövsümü üçün bolidini nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, ənənəvi qırmızı rəngli bolid “Ferrari” komandasının mininci Qran-Prisinin şərəfinə “SF 1000” adlandırılıb.
Qeyd edək ki, “Ferrari” komandası yeni mövsümdə də əvvəlki heyətlə mübarizə aparacaq. Komandanın əsas pilotları almaniyalı Sebastian Fettel və monakolu Şarl Leklerdir. Bu iki pilotun peşəkarlığı sayəsində ötən il komanda Konstruktorlar Kubokunda ikinci yeri tutub.
Qeyd edək ki, yeni mövsümün ilk Qran-Prisi martın 13-15-də Avstraliyada keçiriləcək. Formula 1 üzrə Azərbaycan Qran-Prisi isə iyunun 5-7-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]
“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq
- 25.04.2024 [10:37]