DÜNYA


İtaliyanın Fodja şəhərində miqrantlar polisə hücum edib

Roma, 11 oktyabr, AZƏRTAC 

İtaliyanın Fodja şəhərindəki “Borgo Mezzanone” miqrant düşərgəsində təxminən 50-yə yaxın miqrant iki yerli polisə hücum edərək onlara xəsarət yetirib.

AZƏRTAC İtaliyanın ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, iğtişaş 26 yaşlı qambiyalının polis tərəfindən saxlanılmasından sonra baş verib.

Həkimlərin sözlərinə görə, xəsarət alan hər iki polis zabiti ciddi müalicə olunmalıdır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.