İDMAN


İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakı, 6 iyul, AZƏRTAC

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, A Seriyası təmsilçisi “Kalyari”dən Raul Bellanovanı icarəyə götürüb. Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

İyirmi iki yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb. Sözləşmədə icarədən sonra satın almaq hüququna dair bənd də var.

Futbolçu 2021-ci ildən “Kalyari”də oynayırdı. O, ötən mövsüm İtaliya çempionatında 31 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.