DÜNYA
İtaliyanın İskya adasındakı torpaq sürüşməsində ölənlərin sayı 11-ə yüksəlib
Roma, 2 dekabr, AZƏRTAC
İtaliyanın İskya adasında noyabrın 26-da daşqın nəticəsində baş vermiş torpaq sürüşməsində itkin düşən 4 nəfərdən 3-nün cəsədi tapılıb. Beləliklə də təbii fəlakət nəticəsində ölənlərin sayı 11-ə çatıb.
AZƏRTAC xəbər verir ki, hazırda itkin düşmüş bir nəfərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə yanaşı, bəzi evlərin torpaq altında qalması və çoxlu avtomobilin dənizə sürüklənməsi maddi ziyana səbəb olub. Hökumət fəsadların aradan qaldırılması üçün 2 milyon avro ayırıb. Təbii fəlakət adada qeyri-qanuni tikinti problemini də yenidən gündəmə gətirib.
Qeyd edək ki, noyabrın 25-də İskya adasına təxminən 120 millimetr yağıntı düşüb. Bu, son 20 ilin ən güclü yağışı olub. Daşqın nəticəsində baş vermiş torpaq sürüşməsində azı 10 bina dağılıb, 230-dək insan evlərini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [23:11]
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]