İtaliyanın İskya adasındakı torpaq sürüşməsində ölənlərin sayı 12-yə çatıb
AzerTAg.az

Roma, 7 dekabr, AZƏRTAC
İtaliyanın İskya adasında baş vermiş torpaq sürüşməsində ölənlərin sayı 12-yə yüksəlib.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində itkin düşdüyü bildirilən sonuncu şəxsin cəsədi bu gün tapılıb. Beləliklə də, hadisə nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Xatırladaq ki, noyabrın 25-də İskya adasına təxminən 120 millimetr yağıntı düşüb və bu, son 20 ilin ən güclü yağışı olub. Noyabrın 26-da daşqın nəticəsində baş vermiş torpaq sürüşməsində azı 10 bina dağılıb, 230 nəfərədək insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumət fəsadların aradan qaldırılması üçün 2 milyon avro ayırıb. Təbii fəlakət adada qeyri-qanuni tikinti problemini də yenidən gündəmə gətirib, araşdırmalara başlanılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xəbərin mətnində orfoqrafik səhv var