DÜNYA


İtaliyanın “Kasamonika” və “Ndranqeta” mafiya şəbəkələrinin 30 milyon avro dəyərində aktivləri müsadirə edilib

Roma, 23 mart, AZƏRTAC

İtaliya polisi Romada fəaliyyət göstərən “Kasamonika” kriminal təşkilatının və Kalabriyada yerləşən “Ndranqeta” mafiyasının 30 milyon avro dəyərində aktivlərini müsadirə edib.

AZƏRTAC İtaliyanın “poliziadistato.it” saytına istinadla xəbər verir ki, Romada, Kalabriya və Ardea şəhərlərində müsadirə edilən aktivlər sırasında 10 mülk, 21 şirkət və ticarət müəssisəsi, 25 inzibati bina və lüks avtomobillər də var.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.