DÜNYA


İtaliyanın “Kazalesi” mafiya şəbəkəsinin 4 üzvü həbs olunub

Roma, 24 mart, AZƏRTAC

İtaliyanın maliyyə polisi paytaxt Romada və Neapolda “Kazalesi” mafiya şəbəkəsinin 4 üzvünü həbs edib.

AZƏRTAC İtaliyanın "virgilio.it" xəbər portalına istinadla xəbər verir ki, kriminal təşkilatın üzvləri qanunsuz fəaliyyətləri nəticəsində əldə etdikləri təxminən 20 milyard lirəni (İtaliyanın keçmiş milli pul vahidi) avroya mübadilə zamanı həbs olunublar.

Qanunsuz valyuta mübadiləsi nəticəsində mafiya üzvləri təqribən 3,3 milyon avro qazanacaqdılar.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.