DÜNYA


İtaliyanın “Kyevo” klubunun prezidenti həbs edilib

Roma, 10 aprel, AZƏRTAC

İtaliyanın “Kyevo” futbol klubunun prezidenti Luka Kampedelli transfer əməliyyatlarında saxta bonus ödənişlərindən istifadə etməsi ittihamı ilə həbs olunub.

AZƏRTAC İtaliyanın “veronasera.it” saytına istinadla xəbər verir ki, bu, “Kyevo” və “Çezena” futbol klubları arasında aparılan maliyyə əməliyyatlarının yoxlanılması zamanı aşkarlanıb.

“Resto del Karlino” qəzeti istintaq tədbirləri zamanı digər şəxslərin də məsuliyyətə cəlb olunması barədə məlumat yayıb. Onların arasında “Çezena” klubunun sabiq prezidenti Ciorcio Luqaresinin və “Çezena” futbol klubunun rəhbəri Canpyero Çekkarellinin də olduqları bildirilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.