ELM VƏ TƏHSİL


İtaliyanın “Maire Tecnimont” şirkəti Bakı Ali Neft Məktəbinin tələbələrini işlə təmin edib

Bakı, 5 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın “Maire Tecnimont” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının rektoru Elmar Qasımov “Maire Tecnimont”un artıq dost şirkət olduğunu deyib və bu davamlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari BANM ilə “Maire Tecnimont” şirkəti arasındakı əlaqələri Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının bariz nümunəsi kimi dəyərləndirib.

“Maire Tecnimont Group”un vitse-prezidenti Cianni Bardazzi BANM ilə əməkdaşlığı biznes sektoru ilə akademik mühitin ən uğurlu birləşməsi adlandırıb. Qeyd edilib ki, bu gün şirkət BANM üçün hazırladığı inkişaf proqramının ikinci mərhələsini yekunlaşdırmaq üzrədir. O deyib: “Yaradıcılığı və professionallığı özündə birləşdirən bu proqram iki ölkə arasında uzunmüddətli əməkdaşlığa xidmət edəcək”.

Sonra “Maire Tecnimont” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətində təcrübə keçmiş BANM-in tələbələrinə sertifikatlar təqdim edilib. Həmin tələbələr inkişaf proqramını uğurla bitirdiklərinə görə “KT-Kinetics Technology” şirkətində işlə təmin olunacaqlar. Tələbələr inkişaf proqramına əsasən şirkətin fəaliyyəti ilə daha yaxından tanış olub və mühəndislik sahəsində xeyli təcrübi biliklər əldə ediblər. Həmçinin proqram çərçivəsində tələbələr üçün italyan dili kursları təşkil olunub.

Qeyd edək ki, bu proqram BANM ilə “Maire Tecnimont” arasında artıq ikinci dəfə həyata keçirilir. Ötənilki inkişaf proqramında iştirak edən BANM-in məzunları artıq “Maire Tecnimont”un Azərbaycandakı nümayəndəliyi “KT-Kinetics Tecnology” şirkətinin mühəndisləri kimi fəaliyyət göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.