DÜNYA


İtaliyanın Padova şəhərində minlərlə insan mafiya ilə mübarizə aksiyasında iştirak edib

Roma, 26 mart, AZƏRTAC

İtaliyanın Padova şəhərində minlərlə insan “Libera” və “Avviso Pubblico” assosiasiyaları tərəfindən təşkil edilən mafiya ilə mübarizə aksiyasında iştirak edib.

AZƏRTAC İtaliyanın “repubblica.it” saytına istinadla xəbər verir ki, ölkənin bütün bölgələrindən gələn aksiya iştirakçıları əllərində bayraq və plakatlarla şəhərin mərkəzindən keçərək mafiya əleyhinə etiraz şüarları səsləndiriblər.

Bildirilir ki, “Libera” təşkilatının sədri Don Luidci Çiottinin rəhbərliyi ilə keçirilən aksiyada bütünlüklə İtaliyada günahsız mafiya qurbanlarının xatirəsinin 23-cü ildönümü qeyd olunub.

Yürüşdə, həmçinin şəhər meri Sergio Cordani və İtaliyanın mafiya və terrorizmlə mübarizə üzrə prokuroru Federiko Kafyero de Raho da iştirak edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.