DÜNYA


İtaliyanın Pantelleriya adasında meşə yanğını baş verib

Roma, 18 avqust, AZƏRTAC

İtaliyanın Aralıq dənizində, Siciliya adası ilə Tunis arasında yerləşən Pantelleriya adasında güclü meşə yanğını baş verib.

AZƏRTAC xəbər verir ki, adanın şimalında Gadir və Kamma adlı yaşayış məntəqələri ətrafındakı kolluq ərazilərdə başlayan yanğın küləyin təsiri ilə sürətlə geniş əraziyə yayılıb və yaşayış məntəqələri üçün təhlükə yaradıb.

Yüzlərlə hektar ərazinin yandığı, mülki-müdafiə qüvvələrinin yanğını söndürmək üçün qurudan və havadan fasiləsiz çalışdığı bildirilib. Yanğın bölgəsinə yaxın olan bəzi ərazilərdəki turistlər təxliyə edilib.

Məşhur simaların istirahət etdiyi ada kimi tanınan Pantelleriyada yanğın səbəbindən İtaliya millisinin keçmiş futbolçusu Marko Tardelli və məşhur modelyer Giorgio Armani olmaqla bəzi məşhurların evləri boşaldılıb.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.