DÜNYA
İtaliyanın Türkiyədəki səfiri Xarici İşlər Naziliyinə çağırılıb
Ankara, 9 oktyabr, AZƏRTAC
Türkiyə hökuməti İtaliyanın Emilia bölgəsində yerləşən Parma vilayətinin Berseto rayon bələdiyyəsinin PKK terror təşkilatının lideri Abdullah Öcalan barədə qərarına kəskin şəkildə etiraz edib. Bununla bağlı Xarici İşlər Nazirliyinə çağırılan İtaliyanın Ankaradakı səfiri Massimo Gaianiyə Türkiyə hökumətinin kəskin etirazı çatdırılıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən AZƏRTAC-a daxil olan məlumata görə, Berseto rayon bələdiyyəsinin məclisi Abdullah Öcalana fəxri sakin hüququ verilməsi barədə qərar qəbul edib. Nazirliyin yazılı açıqlamasında bildirilir ki, yarandığı gündən bu tərəfə 40 mindən çox günahsız insanın ölümünə səbəb olan və Avropa İttifaqı tərəfindən terror təşkilatları sırasına daxil edilən PKK-nın liderinə bu cür xoş münasibət qəbul edilməzdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]