DÜNYA


İtaliyanın Varese şəhəri yaxınlığında meşə yanğınları 100 hektar sahəni əhatə edib

Roma, 6 yanvar, AZƏRTAC

İtaliyanın şimalında Monte Marteka dağında baş verən yanğın Varese şəhəri yaxınlığında təxminən 100 hektar meşə sahəsini məhv edib.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları, iki helikopter və üç təyyarə cəlb edilib. Alovun yayılmasının qarşısını almaq üçün könüllülər də daxil olmaqla ümumilikdə 150-dən çox insan yanğının söndürülməsində iştirak edir.

Lombardiya vilayətinin qubernatoru Attilio Fontana yanğınla bağlı yaradılan qərargahda vəziyyətlə tanış olarkən deyib: “Yanğının miqyası adamı dəhşətə gətirir. Ancaq küləyin sürətinin azalması işlərimizi bir qədər asanlaşdırır”.

Yanğının başvermə səbəbləri məlum deyil.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.