DÜNYA


İtaliyanın bəzi regionlarında əlverişsiz hava şəraiti gözlənilir

Roma, 11 iyul, AZƏRTAC

İtaliyanın yeddi regionunda − Lombardiya, Trento, Veneto, Emiliya-Romanya, Marke, Pyemont və Toskanada yağış və fırtına ilə müşayiət ediləcək əlverişsiz hava haqqında xəbərdarlıq elan olunub.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, sinoptiklər sabah mərkəzi əyalətlərdə havanın əlverişsiz olacağı barədə məlumat veriblər. İtaliyada uzun sürən istilik dalğasından sonra son iki gündür ki, ölkənin şimal əyalətlərində tufanlar və dolu bir sıra fəsadlara yol açıb. Qarşıdakı iki gündə isə İtaliyanın mərkəzində və cənubunda “afa” adlanan isti və bürkülü hava şəraiti güclü küləklərlə əvəz olunacaq.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.