DÜNYA


İtaliyanın dövlət borcu ən yüksək həddə çatıb

Roma, 17 may, AZƏRTAC

İtaliyanın mərkəzi bankı “Banca d’Italia”nın verdiyi məlumatda bildirilir ki, mart ayında ölkənin dövlət borcu 2,302 trilyon məbləğində olub. Bu isə indiyədək qeydə alınmış ən yüksək məbləğdir.

AZƏRTAC ölkənin mərkəzi bankına istinadla xəbər verir ki, 2018-ci ilin fevral ayı ilə müqayisədə mart ayında qeydə alınmış borc artımı 15,9 milyard avro təşkil edib.

Sonuncu dəfə rekord məbləğdə dövlət borcu 2017-ci ilin iyul ayında qeydə alınıb və həmin vaxt dövlət borcu 2,3 trilyon avro təşkil olub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.