DÜNYA


İtaliyanın ən böyük çayı qismən quruyub

Bakı, 18 iyun, AZƏRTAC

İtaliyanın şimalında quraqlıq səbəbindən fövqəladə vəziyyət elan oluna bilər. Belə ki, ölkənin ən böyük çayı olan Po qismən quruyub.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, uzunluğu 652 kilometr olan, Pemont və Lombardiyanın sakinlərini və tarlalarını qidalandıran su arteriyası hazırda bəzi ərazilərdə torpağı çatlamış səhranı xatırladır.

Tədqiqatçılar bildirirlər ki, Po çayı 1952-ci ildən bəri ən güclü quraqlıq yaşayır – 120 gündən çoxdur yağış yağmır, istilər isə ilkin yazda başlayıb. Yay aylarında çayın əsas su mənbəyi olan Alp dağlarında isə qar olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Çayda su səviyyəsinin sıfır nöqtəsindən üç metr aşağı enməsi onun qidalandırdığı Macore gölünə də öz təsirini göstərir.

Pemont və Lombardiya fermerləri həyəcan təbili çalırlar: suvarma suyu olmadığı üçün düyü, soya və qarğıdalı əkinləri təhlükə altındadır. Şimal regionlarının qubernatorları hökuməti fövqəladə vəziyyət rejimi tətbiq etməyə çağırırlar. Bildirilir ki, quraqlıq son nəticədə bütün ölkə üzrə ərzaq qiymətlərinə təsir edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.