DÜNYA


İtaliyanın maliyyə polisi vergidən yayınan 13 mindən çox şəxsi aşkar edib

Roma, 25 iyun, AZƏRTAC

İtaliyanın maliyyə polisi ötən ilin əvvəlindən bu il may ayının sonunadək olan müddətdə vergidən yayınan 13 min 285 nəfəri aşkar etdiyini bildirib. Həmin şəxslərin ümumilikdə 3,4 milyard avro məbləğində vergidən yayındığı qeyd edilir.

Bu rəqəm ötən ilin müvafiq dövründə vergidən yayınan şəxslərin sayından 12 min 824 nəfər çox olub.

Maliyyə polisi, həmçinin 42 min 48 nəfər qeyri-rəsmi şəkildə ödəniş edən və çalışan şəxs aşkar edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.