MƏDƏNİYYƏT


İtaliyanın müxtəlif ənənələrə və folklora malik Sante Marie bələdiyyəsi - Fotoreportaj

Sante Marie, 20 oktyabr, AZƏRTAC

İtaliyanın Abruzzo regionunun L’Aquila əyalətinin Sante Marie bələdiyyəsi Carsoli, Tagliacozzo, Magliano de'Marsi bələdiyyələri, eləcə də Latsio regionunun Pescorocchiano bələdiyyəsi ilə həmsərhəddir. Ərazisinin böyük hissəsi Apenin relyefləri ilə - Carseolani dağlarının silsiləsinə aid Bove (1346 metr), Sant'Angelo (1100 metr) və Faito (1455 metr) yüksəklikləri ilə əhatə olunub. Tarixi mərkəz sayılan Casteglio isə dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir.

Ərazi xarakterik şabalıd meşələri, həmçinin San Giovanni, Santo Stefano və Scanzano təpələri əhatə olunub. Castelvecchio qəsəbəsinə gedən yollar isə fərdi və atla gəzinti üçün əlverişlidir. Luppa vadisində eyniadlı bənzərsiz meşə, ərazini xarakterizə edən çuxurlar və müxtəlif mağaraları olan Grotte di Luppa regional təbiət qoruğu yerləşir.

Sante Marie adı dini və tarixi sənədlərdə mövcud olan qədim məzhəbə aiddir. Bəzi tarixi mənbələrdə qəsəbənin 10 əsr əvvəl qurulduğu bildirilir. Lakin qəsəbənin mövcudluğuna dair ən qədim sübut 1187-ci ilə aiddir.

Qəsəbədəki Santa Maria delle Grazie kilsəsi XVI əsrdə inşa edilib, içərisində barok qurbangahı və müxtəlif qurbangahlar var. Əsas qurbangahda XVI əsrə aid polixrom boyalı Madonna heykəli var. Qəsəbədə, həmçinin müxtəlif dövrlərdə tikilmiş kilsələr, tarixi memarlıq nümunələri, muzeylər və mağaralar yerləşir.

Müxtəlif ənənələrə və folklora malik qəsəbədə il ərzində dini bayramlar və ziyafətlər təşkil edilir. Payızda keçirilən şabalıd festivalı zamanı isə qəsəbənin mərkəzində “şabalıd kəndi” qurulur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sante Marie

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.