SİYASƏT


İtaliyanın nüfuzlu Rai telekanalı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri ilə bağlı reportaj yayımlayıb VİDEO

Roma, 22 fevral, AZƏRTAC 

İtaliyanın nüfuzlu Rai televiziya kanalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfəri ilə bağlı reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyəti qeyd edilir. Xüsusən də imzalanmış sənədlərin əlaqələrin daha da dərinləşməsinə təkan verəcəyi vurğulanır.

Reportajda Azərbaycan Prezidentinin səfər zamanı keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərdən bəhs edilir. Prezident Sercio Mattarella ilə görüşə daha çox diqqət yetirilən reportajda İtaliya dövləti başçısının ölkələrimiz arasında münasibətlərin inkişafı, eləcə də bu istiqamətdə müzakirə edilən məsələlərlə bağlı fikirləri diqqətə çatdırılır.

Enerji sahəsində əməkdaşlığa toxunulan reportajda TAP layihəsi üzrə işlərin yekunlaşma mərhələsində olduğu, bunun İtaliya-Azərbaycan əlaqələrinin daha da inkişafında töhfə verəcəyi vurğulanır.

Həmçinin keçirilən görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulduğu qeyd olunur.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.