Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İtaliyanın nüfuzlu beyin mərkəzinin saytında Azərbaycan səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazısı dərc olunub

İtaliyanın nüfuzlu beyin mərkəzinin saytında Azərbaycan səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazısı dərc olunub

Roma, 30 oktyabr, AZƏRTAC

İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədri Piero Fassinonun İtaliyanın nüfuzlu beyin mərkəzlərindən olan CeSPI-nin (Centro Studi per Politica Internazionale) internet saytında “Dağlıq Qarabağ: bizə də aidiyyəti olan münaqişə” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, italyan parlamentar məqaləsində Avropa ölkələrində sənaye, istehlak və gündəlik həyat üçün tələb olunan neft və qazın nəqlini təmin edən strateji boru kəmərlərinin keçməsi nöqteyi-nəzərindən Qafqaz bölgəsinin əhəmiyyətindən, qloballaşmanın çoxtərəfli idarə edilməsinin tərkib hissəsi olan TAP boru kəmərinin də daxil olduğu Cənub Qaz Dəhlizinin İtaliya üçün enerji asılılığının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından strateji vacibliyə malik olmasından danışıb. Deputat məqaləsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin lokal xarakterdən kənara çıxmaq risklərinin olmasını də nəzərə alaraq, prosesin siyasi həllinə nail olmaq və bölgədə davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün Aİ-nin, xüsusilə də Minsk qrupunun üzvü kimi İtaliyanın təcili tədbirlər görməsinin vacibliyini qeyd edib.

İtalyan deputatın məqaləsi ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tərəfindən CeSPI-nin redaksiyasına göndərilmiş məktub da qurumun internet səhifəsində yerləşdirilib. Məktubunda diplomat mövzuya göstərilən diqqətə və Qafqaz bölgəsində geosiyasi, eləcə də İtaliyanın maraqları nöqteyi-nəzərindən Azərbaycanın əhəmiyyəti barədə fikirlərə görə təşəkkür edib, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmək istədiyini bildirib.

Diplomat 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ilhaqı ilə bağlı irəli sürülmüş ərazi iddiaları və Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzün ağır nəticələri, o cümlədən ərazilərimizin işğalı, etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, mülki azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri, Xocalı soyqırımı barədə məlumat verib. Ermənistanın öz hərbi təcavüzünü ört-basdır etmək üçün işğal olunmuş ərazilərimizdə heç özü tərəfindən belə tanınmamış qeyri-qanuni oyuncaq rejim yaratdığını bildirib. Diplomat beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərin, o cümlədən BMT TŞ-nin qətnamələrinin tələblərini qeyd edib, Ermənistanın bu sənədlərə məhəl qoymadığını, 30 ilə yaxın davam edən danışıqlarda məqsədinin sülh prosesini uzatmaq və status-kvonu əbədiləşdirmək olduğunu deyib, son iki il ərzində isə N.Paşinyanın öz zərərli və təxribatçı hərəkət və açıqlamaları ilə danışıqlar prosesini mənasız etdiyini vurğulayıb.

Diplomat 27 sentyabr tarixindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni hərbi təcavüz və onun qarşısının alınması və Ermənistanı sülhə məcbur etmək üçün Azərbaycan Ordusunun özünümüdafiə hüququndan istifadə edərək həyata keçirdiyi əks-hücum tədbirləri barədə məlumat verib. Azərbaycan əsgərinin ölkəmizin suveren ərazisində torpaqlarımızı işğalçılardan azad etdiyi üçün mübarizə apardığını, məğlub olduğunu görən Ermənistan silahlı qüvvələrinin isə Azərbaycan mülki əhalisini hədəf götürdüyünü və bunun mülki azərbaycanlı əhali arasında ağır itkilərə səbəb olduğunu bildirib.

Habelə bu günlərdə Ermənistan tərəfindən Azərbaycana qarşı və hazırkı hərbi əməliyyatlarla bağlı saxta və yalan məlumatların yayılması kampaniyasının aparıldığını deyən diplomat bu saxtakarlıqları təkzib edən faktlar barədə danışıb. Eləcə də erməni tərəfinin münaqişəyə dini don geyindirmək cəhdlərinə qarşı da ölkəmizin multikultural və dini tolerantlıq ənənələri və Vatikan və İsrail ilə yaxın əlaqələri barədə məlumat verib. Yalan məlumatları yaymaqda Ermənistanın məqsədinin Azərbaycan ərazilərinin işğalını davam etdirmək və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına mane olmaq olduğunu bildirib.

Diplomat bu münaqişənin həllində İtaliyanın daha fəal rol oynamasını şərtləndirən səbəblərdən yazıb, Minsk konfransının ilk sədri kimi İtaliyanın institusional yaddaşa malik olduğunu, nizamlanmada istinad edilə biləcək Trentino-Alto Adice kimi muxtariyyət modelinə malik olduğunu, İtaliyanın Cənubi Qafqazda maraqları, xüsusilə də Azərbaycanla enerji sektorundan başlayaraq bütün sahələrdə çox sıx əməkdaşlığa malik olduğunu deyib. Azərbaycan və İtaliya arasında Prezident İlham Əliyevin İtaliyaya bu ilin fevral ayında dövlət səfəri vaxtı iki ölkənin hökumət başçıları arasında imzalanmış çoxtərəfli strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməyə əsaslanan strateji tərəfdaşlıq və yaxın dostluq əlaqələrinin olduğunu bildirib. Həmin sənəddə tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiq etdiklərini, habelə İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi sülh yolu ilə nizamlanmasını dəstəklədiyini bildirib.

Diplomatın yazısı ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.cespi.it/it/eventi-note/articoli/nota-dellambasciatore-della-repubblica-dellazerbaigian-italia-se-mammad

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb