Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İtaliyanın sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Franko Frattinidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə ən səmimi arzularımı çatdırır, Zati-alinizə uzun ömür və möhkəm cansağlığı, xalqınıza isə sülh və firavanlıq diləyirəm. Ölkənizlə müxtəlif sahələrdə əməkdaşlıq etmək mənim üçün həmişə xoş və şərəfli olub. İndi də mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıqdan məmnunluq duyuram. Bütün Qafqaz regionunda Sizin güclü və müdrik rəhbərliyinizə heyranam.

Doğum gününüz mübarək, cənab Prezident.

Ən səmimi arzularla,

 

Franko Frattini

İtaliyanın sabiq xarici işlər naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin