DÜNYA


İtaliyanın şimal-qərbində meşə yanğını baş verib

Roma, 9 avqust, AZƏRTAC

İtaliyanın şimal-qərbindəki Savona şəhəri yaxınlığında meşə yanğını baş verib.

AZƏRTAC xəbər verir ki, Villanova d'Albenqa və Arnasko qəsəbələri arasındakı meşəlik ərazidə baş verən yanğının hələlik nəzarət altına alınmadığı bildirilib. Hadisə nəticəsində bəzi evlər yanıb, bəziləri alov təhlükəsi ilə üzləşib və buna görə də 120 nəfər bölgədən təxliyə edilib. Ərazindən keçən avtomobil və dəmir yolu nəqliyyatında fasilələr yaranıb.

Hazırda əraziyə 60 yanğınsöndürən, 3 helikopter cəlb olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.