İDMAN


İtaliyanın şimalında güclü sel və daşqınlar nəticəsində F1 mərhələsi təxirə salınıb

İtaliyanın şimalında güclü sel və daşqınlar nəticəsində F1 mərhələsi təxirə salınıb

Bakı, 18 may, AZƏRTAC

İtaliyanın şimalındakı Emiliya-Romanya bölgəsində leysan yağışları nəticəsində baş vermiş güclü sel və daşqınlardan sonra minlərlə sakin təxliyə olunub. Təbii fəlakət nəticəsində 9 nəfərin öldüyü bildirilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliyanın mülki müdafiə naziri Nello Musumeçi yağıntıların illik normanın yarısı qədər olduğunu və 36 saat davam etdiyini, qəsəbələrin, əkin sahələrinin su altında qaldığını bildirib. O vurğulayıb ki, təbii fəlakətlə bağlı bazar günü İmolada keçirilməsi nəzərdə tutulan Formula 1 yarışı da təxirə salınıb. Nazir əlavə edib ki, ümumilikdə 37 qəsəbə su altında qalıb, 120 torpaq sürüşməsi qeydə alınıb. Bolonya şəhərinin yaxınlığındakı körpü də dağılıb, avtomobil yollarının əksəriyyəti yararsız vəziyyətə düşüb.

İtaliya rəsmiləri Formula 1 Emiliya-Romanya Qran-Prisinin nə zaman keçiriləcəyi ilə bağlı suala cavab verməyiblər. Güman edilir ki, bu mərhələ cari ildə baş tutmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.