SİYASƏT


İtaliyanın tanınmış jurnalisti 27 sentyabr - Anım Günündən yazıb

Bakı, 28 sentyabr, AZƏRTAC

İtaliyanın “fai.informazione.it” xəbər portalında Avropa Xəbər Agentliyinin İtaliya üzrə xüsusi müxbiri Karlo Marinonun 27 sentyabr – Anım Gününə həsr olunmuş “Bir il əvvəl Azərbaycanla Ermənistan arasındakı müharibə başa çatdı” sərlövhəli məqaləsi yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycanın Qarabağ bölgəsinin 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalına məruz qaldığı, ötən il başlanan 44 günlük müharibənin Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanın onilliklər ərzində həyata keçirdiyi hərbi, ekoloji və humanitar cinayətlərinin üzə çıxdığı barədə məlumat verilib.

“Azərbaycan hökuməti 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq bölgədə davamlı sülhün, təhlükəsizliyin və firavanlığın təmin edilməsi üçün bütün zəruri tədbirləri görür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Ordunun əldə etdiyi Qələbə Azərbaycan tarixində yeni bir dövr açıb, beynəlxalq hüququ bərqərar edib və ölkəsinin geosiyasətini dəyişib”, - deyə müəllif vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.