DÜNYA


İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti 90 faizə çatıb

Roma, 29 sentyabr, AZƏRTAC

İtaliyadakı yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 90 faizə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın ekoloji transformasiya naziri Roberto Cinqolani deyib.

Nazir ölkəsinin qazın yeraltı anbarlarının doldurulması ilə bağlı payız fəslinin sonuna nəzərdə tutulan 90 faizlik nisbət hədəfinə çatdığını bildirib: “Bu nəticə bizi qarşıdakı həftələrdə yeni hədəf qoymağa vadar edir. Hədəfimiz 92-93 faizlik doluluq nisbətinə çatmaqdır ki, qış fəslində maksimum istehlak səviyyəsini rahat təmin edə bilək”.

Qeyd edək ki, Azərbaycan qazının əsas idxalçılarından olan İtaliya Rusiya qazından asılılığı azaltmaq üçün son dövrlərdə Əlcəzair və Anqola kimi ölkələrdən tədarükü artırıb. İtaliya Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.