DÜNYA
İtaliyaya Liviyadan qaçan 900-dən çox miqrant gəlib
Roma, 16 dekabr, AZƏRTAC
Brüsseldə Avropa Şurası üzvlərinin sığınacaq axtaran şəxslərin qəbul edilməsi ilə bağlı müzakirələri ərəfəsində Liviyadan qaçan 900-dən çox miqrant İtaliyaya gəlib.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib ki, zəruri ölçülər səmərəli deyil və son dərəcə ziddiyyətlidir. Avropa İttifaqı miqrantların qəbulu haqqında müqaviləni iyunadək bağlamağa hazırdır.
Polşa, Çexiya, Macarıstan və Slovakiya sığınacaq istəyən miqrantları qəbul etməkdən imtina edirlər. Onlar müxtəlif mədəni və dini təbəqələrə mənsub olan xeyli sayda insanları yerləşdirə bilməyəcəklərini deyirlər. Lakin miqrantlar Qərbi Avropa ölkələrində yerləşməyə daha çox maraq göstərirlər.
Donald Tusk deyib ki, müqavilənin bağlanması İtaliyaya, İspaniyaya və Afrikadan gələn çoxsaylı miqrantların digər Aralıq dənizi ölkələrinə axınını azaldacaq.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma