DÜNYA


İtalyan pilot İstanbul tunelindən uçaraq “Ginnesin Rekordlar kitabı”na düşüb

İstanbul, 6 sentyabr, AZƏRTAC

İtalyan pilot Dario Costa dünyada ilk dəfə saatda 245 kilometr sürətlə tuneldən uçaraq “Ginnesin Rekordlar kitabı”na düşüb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də həyata keçirilən uçuş İstanbulun Şimali Marmara şosesinin Çatalca bölgəsindəki tunelində xüsusi dizayn edilmiş “Zivko Edge 540” yarış təyyarəsi ilə 43,44 saniyədə həyata keçirilib.

D.Costa bu nümayişlə “Dünyanın ən uzun tunel uçuşunu” həyata keçirərək “Ginnesin Rekordlar kitabı”na adını yazdırıb.

Pilot uğurunu İstanbulun rəmzlərindən biri olan “15 İyul Şəhidlər Körpüsü”nün altında uçaraq qeyd edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.