CƏMİYYƏT


İtə rəhmsiz münasibət göstərən şəxs cəzalandırılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Heyvana qarşı rəhmsiz rəftar göstərilərək itin su kanalına atılması faktı ilə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib.

Xidmətin rəisi faktla bağlı təqsirkar barəsində protokol tərtib olunduğunu və onun inzibati məsuliyyətə cəlb olunduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.