İQTİSADİYYAT


“Iteca Caspian” bu il 23 layihə reallaşdırmağı nəzərdə tutur

Bakı, 24 yanvar, AZƏRTAC

2019-cu ildə “Iteca Caspian” şirkəti tərəfindən 23 layihə həyata keçiriləcək.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, hazırda maraqlı tədbirlər ilə zəngin olacaq yeni sərgi mövsümünə fəal hazırlıq işləri gedir. 2019-cu ildə sərgi operatorları 23 layihəni həyata keçirəcək. 2019-cu il həm də 4 sərgi layihəsinin yubileyi ilə əlamətdar olacaq. “WorldFood Azerbaijan”, “BakuBuild” və “Bakutel” sərgiləri 25 illik, “Caspian Ecology” sərgisi isə 10 illik yubileyini qeyd edəcək. Keçirildiyi illər ərzində bu sərgilər Xəzər regionunda aparıcı mövqe tutaraq, peşəkarların böyük sayda ziyarətçi cəlb edən ənənəvi görüş yerinə çevrilib. Yubiley tədbirləri üçün xüsusi proqram planlaşdırılır və bu proqram sərgi layihələrini daha geniş nümayiş etdirməyə imkan yaradacaq. Bundan başqa, 2019-cu ildə bir sıra ənənəvi sərgilər rebrendinq prosesindən keçməklə yeni imic qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.