CƏMİYYƏT
“Iteca Caspian” və “Caspian Event Organisers” plastik beyc və torbalardan imtina edəcək
Bakı, 24 yanvar, Laçın Sultanova, AZƏRTAC
Sərgilərin təşkili üzrə ixtisaslaşmış “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri bu il də “Təbiəti qoru” devizi altında həyata keçirilən tədbirləri davam etdirəcəklər.
“Iteca Caspian” şirkətindən AZƏRTAC-a bildiriblər ki, sərgilərdə plastik torbalardan tamamilə imtina edilməsi, təkrar emal olunmuş kağızdan hazırlanan paketlərdən və digər məhsullardan istifadə olunması planlaşdırılır.
Şirkət xatırladıb ki, hələ ötən ildən sərgilərin təşkilatçıları özlərinin sosial məsuliyyət proqramları çərçivəsində “Təbiəti qoru” devizi altında bir sıra tədbirlər həyata keçirməyə başlayıblar. Bu proqrama uyğun olaraq, şirkətlər ofislərdə istifadə olunmuş bütün kağızları yenidən istifadə məqsədilə təkrar emala göndərirlər. Bundan başqa, sərgilərdə ziyarətçilərin və iştirakçıların bütün beycləri kağızdan hazırlanır. Qeyd olunmalıdır ki, “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin təşkil etdikləri hər bir sərgiyə orta hesabla 5 min nəfər gəlir. Kağız beyclərə keçilməsi plastikdən istifadəni xeyli azaltmağa imkan verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]