CƏMİYYƏT


İtkin düşən Şamaxı sakini axtarılır

Bakı, 7 noyabr, AZƏRTAC 

Şamaxı rayonunun Kərkənc kənd sakini 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-də səhər saatlarında çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb. Onun əlamətləri belədir: boyu 160-165 santimetr, arıq bədən quruluşlu, qarabəniz, ağ-qara saçlara malik, gözlərinin rəngi qonurdur.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, başında papaq, ayağında idman ayaqqabısı olub.

Onu tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzinə, həmçinin (022) 205-22-79, 205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.