SİYASƏT


İv Lasmartres: Müasir Azərbaycanın inkişafı Heydər Əliyevin sayəsində mümkün olub

Paris, 15 dekabr, AZƏRTAC

Müasir Azərbaycanın banisi Heydər Əliyevdir və bu ölkənin inkişafı onun siyasəti sayəsində mümkün olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Parisdə təşkil olunmuş anım mərasimində iştirak edən ictimai işlər üzrə xüsusi konsultant İv Lasmartres bildirib.

“Azərbaycan təlatümlü okeanda sabitlik adasıdır. Ona qonşu ölkələrdə vəziyyət hamıya məlumdur. Ancaq ölkədə aparılan müdrik siyasətin nəticəsidir ki, ölkənizdə sabitlik qorunub saxlanılır.

Ölkənizdə bir neçə dəfə olmuşam. Ölkədə başgicəlləndirici inkişafın şahidi olmuşam. Ölkəniz etibarlı əllərdədir.

Azərbaycan çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu ölkənin nüfuzunu göstərir. Tezliklə yenə Azərbaycana gedəcəyəm”, - deyə İ. Lasmartres diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.