SİYASƏT


İvan Kubrakov: Belarus və Azərbaycanın Daxili İşlər nazirlikləri arasında münasibətlərin inkişafı xalqlarımızın maraqlarına uyğundur

Minsk, 15 yanvar, AZƏRTAC

Belarus və Azərbaycanın Daxili İşlər nazirlikləri arasında çox yaxşı münasibətlər var.

AZƏRTAC xəbər verir ki, bu fikri Belarusun daxili işlər naziri general-leytenant İvan Kubrakov Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovla görüşündə söyləyib.

Nazir vurğulayıb ki, dünyada gedən çətin proseslər fonunda bu münasibətlərin davam və inkişaf etdirilməsi zəruridir, həmçinin xalqlarımızın maraqlarına uyğundur.

Səfir öz növbəsində İ.Kubrakovu daxili işlər naziri təyin olunması münasibətilə təbrik edib, Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun salamlarını çatdırıb və onun adından məktubu təqdim edib.

L.Qəndilov söhbət zamanı Vətən müharibəsi və işğaldan azad olunmuş ərazilərimizin vəziyyəti barədə naziri ətraflı məlumatlandırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.