CƏMİYYƏT


İvan Nedolujko: MDB ölkələrində belə müasir tibb mərkəzi tapmaq çətindir

Bakı, 6 oktyabr, AZƏRTAC

Mən ilk dəfədir ki, sizin ölkənizdəyəm. Forum ərəfəsində biz Azərbaycan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələri ilə, buradakı müasir avadanlıqla tanış olduq, müalicə proseslərini izlədik. Əslində biz gördüklərimizdən yaxşı mənada heyrətləndik. MDB ölkələrində belə müasir tibb mərkəzi tapmaq çətindir. Onkologiya Mərkəzinin mehriban kollektivi mənə xoş təsir bağışladı. Ümid edirəm ki, bizim gəlişimiz yerli mütəxəssislərə endoskopiyanın və ümumilikdə tibbin səviyyəsini yüksəltməyə mümkün qədər kömək olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə Azərbaycanın paytaxtında keçirilən II Bakı Endoskopik Forumunun iştirakçısı, Moskva Kliniki Elmi Mərkəzin operativ endoskopiya şöbəsinin müdiri, tibb elmləri namizədi İvan Nedolujko bildirib.

“Bu cür elmi-praktik konfransların faydasını dəyərləndirmək çox çətindir. Praktika göstərir ki, bu konfranslarda iştirak etmək bəzən elmi fəaliyyətin özündən daha faydalıdır. Eyni zamanda, bu, həkimlər üçün də effektlidir. Belə ki, bu konfranslar yüksəkixtisaslı yardım göstərməkdən ötrü həkimlərə zəruri olan yeni nəzəri biliklər almağa, peşəkar bacarıq və vərdişlərin təkmilləşdirilməsinə şərait yaradır”, - deyə İ.Nedolujko qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.