İDMAN


İvan Rakitiç “Barselona” klubunu tərk etmək istəyir

Bakı, 8 fevral, AZƏRTAC

“Barselona” klubunun xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya təmsilçisini tərk etmək istəyir.

AZƏRTAC “Gazzetta dello Sport”a istinadla xəbər verir ki, buna səbəb Rakitiçin “Barselona”nın start heyətində meydana az çıxmasıdır. Futbolçu bu istəyi ilə bağlı “Barselona” klubunun rəhbərliyinə xəbərdarlıq edib.

Xorvatiyalı futbolçusunun növbəti komandası İtaliyanın “Milan” klubu ola bilər. Milanlılar futbolçu üçün 30 milyon avro ödəməyə hazırdırlar.

İvan Rakitiç 2014-ci ildə “Sevilya” klubundan transfer edilib. O, “Barselona”nın heyətində 156 oyunda 23 dəfə fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.