İDMAN


İvan Tixonov: Doğma arena və azarkeşlər məni Bakıda keçiriləcək dünya kubokunda yaxşı nəticə göstərməyə ruhlandırır

Bakı, 12 mart, AZƏRTAC

Doğma arena və azarkeşlər məni Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarında yaxşı nəticə göstərməyə ruhlandırır.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri Azərbaycan gimnastı İvan Tixonov deyib.

Gimnast bildirib ki, turnirə hazırlıq yaxşı gedir. Mən yoxlama məşqi keçirdim və düşünürəm ki, pis nəticə göstərmədim. Dünya kuboku yarışlarında müxtəlif ölkələrdən çox sayda idmançı iştirak etdiyi üçün yarışda kifayət qədər ciddi rəqabət olacaq.

Qeyd edək ki, martın 14-17-də Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG dünya kuboku yarışları “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.