“İxrac Akademiyası” təlimlərində iştirak üçün 20-dək şirkətin əməkdaşı müraciət edib
AzerTAg.az
Bakı, 12 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin dəstəyi, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixracla məşğul olan kadrların “İxrac Akademiyası” təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna başlanılıb.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, təlim layihəsinə ixracatçı şirkətlər tərəfindən böyük maraq var. Belə ki, artıq 20-dək yerli şirkət əməkdaşlarının təlimlərdən yararlanması üçün müraciət edib. Layihənin məqsədi ölkənin ixrac potensialının inkişafında faydalı olan, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.

Xəbərin mətnində orfoqrafik səhv var