İQTİSADİYYAT


İxrac və idxal edilən məhsullar açıqlanıb

Bakı, 12 fevral, AZƏRTAC

2020-ci ildə ixrac və idxal edilən məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən kartof ixracı 31,7 faiz, meyvə və tərəvəz şirələri 20,1 faiz, bitki yağları 1,7 dəfə, meyvə və tərəvəz konservləri 3,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 16,4 faiz, pambıq lifi 13,2 faiz, polietilen 27,6 faiz, qara metallardan borular 2 dəfə artıb. Eyni zamanda, təzə meyvə ixracı isə 10,5 faiz, təzə tərəvəz 1,2 faiz, şəkər 2,3 faiz, tütün 26,1 faiz, çay 9,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu 57,3 faiz, emal olunmamış alüminium 18,1 faiz, pambıq ipliyi 29,4 faiz, bentonit gili 7,1 faiz, qara metallardan yarımfabrikatlar 36,1 faiz azalıb.

2019-cu illə müqayisədə 2020-ci ildə təzə meyvə idxalı 11,5 faiz, kərə yağı, digər süd yağları və pastaları 19,8 faiz, mal əti 10,9 faiz, təzə tərəvəz 1,8 dəfə, minik avtomobilləri 15,1 faiz, dərman vasitələri 38,5 faiz, hesablama maşınları, blok və qurğuları 23,1 faiz, qara metallardan çubuqlar 36,6 faiz, mineral gübrələr 4,5 faiz artıb.

Buğda idxalı isə 13,9 faiz, bitki yağları 1,3 faiz, xam şəkər və şəkər 14,5 faiz, çay 0,8 faiz, kartof 5,4 faiz, quş əti və onun əlavə məhsulları 21 faiz, siqaretlər 71,1 faiz, qara metallardan borular 22,6 faiz, polad prokatı 13,6 faiz, rezin şinlər 17,7 faiz, yük avtomobilləri 4,1 faiz, mebellər 24,9 faiz, polietilen 25 faiz, paltaryuyan maşınlar 7,4 faiz, məişət kondisionerləri 33,4 faiz, avtobuslar 52,7 faiz, qara metallardan künclüklər 14,5 faiz, məişət soyuducuları 12 faiz, sement və sement klinkerləri 32,6 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.