İQTİSADİYYAT


İxraca göndərilən neft məhsullarının həcmi artıb

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında ölkədən 646 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 283 milyon ABŞ dollarından çox olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Xatırladaq ki, 2020-ci ilin müvafiq aylarında Azərbaycandan 606,5 min ton neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 162,9 milyon dollar olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.