İQTİSADİYYAT


İxracatçı sahibkarlar üçün təlim təşkil olunacaq

Bakı, 14 yanvar, AZƏRTAC

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yanvarın 22-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ixracatçı sahibkarlar üçün "Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik" mövzusunda təlim keçiriləcək.

İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim maarifləndirici xarakter daşıyaraq ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək. Tədbir çərçivəsində sahibkarların müasir dövrdə idarəçilik problemləri, idarəetmə sisteminin qurulması, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyəti istiqamətləri, şirkət sahiblərinin əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında məlumat veriləcək. Peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayev öz təcrübəsini bölüşəcək.

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin sahibkarlıq düşüncə tərzinin təşviqi və korporativ idarəetmə standartlarının tətbiqi yanaşmasını rəhbər tutaraq "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi cari ildə də mütəmadi olaraq sözügedən istiqamətlərdə işlər görəcək.

Qeyd edək ki, mərkəz Prezident İlham Əliyevin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.