İQTİSADİYYAT
İxracatçı sahibkarlara "2019 İxraca dəstək" layihəsi təqdim olunacaq
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ixracatçı sahibkarlara "2019 İxraca dəstək" layihəsi təqdim olunacaq.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsinin dəstəyi və "My Broker" gömrük təmsilçiliyinin birgə təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və layihə üzrə maarifləndirici təlimdə reallaşacaq.
Tədbirin əsas məqsədi yerli istehsal ilə məşğul olan sahibkarlar ilə görüş keçirərək, gömrük ixrac əməliyyatlarının sənədləşdirilməsi zamanı yaranan çətinliklərin müəyyən olunması, yerli istehsalın xarici bazara çıxarılması, ixracın stimullaşdırılması, sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdır.