REGİONLAR


İxracatçılar Klubunun üzvləri Zaqatalada fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüşüb

Bakı, 1 oktyabr, AZƏRTAC

İxracatçılar Klubunun üzvləri Zaqatalada fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüşüb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, görüşdə İxracatçılar Klubunun "Made in Azerbaijan" brendinin təşviqi və ixracın artırılması istiqamətində gördüyü işlər barədə məlumat verilib, müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb və onlar İxracatçılar Klubu ilə sıx əməkdaşlığa dəvət edilib.

Bundan əlavə, İxracatçılar Klubunun üzvləri sentyabrın 29-da Zaqatalada keçirilən I Beynəlxalq fındıq, qoz və şabalıd festivalında da iştirak ediblər. Tədbir çərçivəsində bu sahədə fəaliyyət göstərən fermerlərlə fındıqçılıq məhsullarının istehsalının və ixracının genişləndirilməsi mövzusunda müzakirələr aparılıb. Festival çərçivəsində İxracatçılar Klubunun üzvləri fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullar, yığımda və emalda istifadə olunan müasir avadanlıqlarla tanış olublar.

Qeyd edək ki, İxracatçılar Klubu Şəki-Zaqatala iqtisadi rayonunda fındıqçılıqla yanaşı, digər sahələrdə də fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.