ELM VƏ TƏHSİL


İxracın stimullaşdırılmasının dünya təcrübəsi öyrənilir

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici Ticarətə Dəstək Mərkəzində (XTDM) “İxracın stimullaşdırılmasının dünya təcrübəsi: yanaşmalar və nəticələr” mövzusunda “dəyirmi masa” keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən tədbirdə Azərbaycanın milli iqtisadiyyatının beynəlxalq iqtisadiyyata inteqrasiyası istiqamətində müzakirələr aparılıb. Yerli sahibkarların daxili və xarici bazarın ehtiyaclarını ödəyə bilmələri istiqamətində real imkanlar araşdırılıb.

Mərkəzin həmsədri, professor İrşad Kərimli əldə olunan nəticələr barədə məlumat verib. Bildirilib ki, ölkənin ixracatçı sahibkarlarını stimullaşdırmaq məqsədilə onlar üçün daha çox xarakterik olan Avropa və İslam-ərəb regionu üzrə iqtisadi qruplaşmaya daxil olan ölkələrin metod, alət və yanaşmalarından faydalanmaq məqsədəuyğundur. İ.Kərimli milli brend və xidmətlərlə daxili bazarın ehtiyaclarını tam ödədikdən sonra xarici bazarın tələblərinə uyğunlaşmanın, ənənəvi bazarlarla yanaşı, yeni bazarlar uğrunda beynəlxalq rəqabətqabiliyyətlilik müstəvisinə çıxmağın əhəmiyyətini vurğulayıb.

Müzakirələrdə UNEC-in xarici universitetlərdə təhsil almış gənc tədqiqatçı müəllimləri çıxış ediblər. Onlar təhsil aldıqları ölkələrin ixracatçı sahibkarların stimullaşdırılması sahəsindəki uğurlu təcrübələrini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.