Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İxtiralara çəkilən xərclərin 50 faizi dövlət tərəfindən ödəniləcək

İxtiralara çəkilən xərclərin 50 faizi dövlət tərəfindən ödəniləcək

Nazirlər Kabineti Azərbaycanda ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması ilə bağlı qərar qəbul edib

Bakı, 27 dekabr, AZƏRTAC

Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr tarixli 439 nömrəli qərarı ilə “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qərar “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyun tarixli 1716 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.

Qərar Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin PCT sistemi vasitəsilə ixtiraların və faydalı modellərin xarici dövlətlərdə patentləşdirilməsinə dövlət dəstəyinin göstərilməsi məqsədi daşıyır. Belə ki, qeyd olunan qərara əsasən, PCT prosedurları çərçivəsində ixtiraların və faydalı modellərin patentləşdirilməsi və verilən patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması üçün hüquq sahibinin çəkdiyi xərclərin 50 (əlli) faizi dövlət tərəfindən ödəniləcək.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, Patent Əməkdaşlıq Sazişi (PCT) patent hüququ sahəsində 1970-ci ildə bağlanmış beynəlxalq müqavilədir. Saziş razılığa gələn dövlətlərin hər birində ixtiraların qorunması üçün patent müraciətlərinin verilməsi ilə bağlı vahid proseduru nəzərdə tutur. PCT sistemi çərçivəsində iddiaçılar bir beynəlxalq patent ərizəsi verməklə eyni vaxtda bir neçə ölkədə ixtira və ya faydalı model üçün qorunma əldə edə bilərlər.

Qaydaya əsasən, hüquq sahibinin çəkdiyi xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi ixtira və faydalı model patentləşdirildikdən sonra həyata keçiriləcək. Yəni patent alınmamışdan əvvəl maliyyələşdirmə aparılmayacaq. Patent sahibi ixtiranın və ya faydalı modelin patentləşdirilməsi proseduru tam başa çatdığı tarixdən 2 (iki) ay müddətində Əqli Mülkiyyət Agentliyinə ərizə ilə müraciət etməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

ərizəçinin (və ya onun nümayəndəsinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

hüquq sahibinin ödədiyi xərclərin məbləği (xərclərin hər biri ayrıca sətirdə göstərilməklə) və onları təsdiq edən sənədlər;

PCT beynəlxalq sistemi vasitəsilə ixtira və ya faydalı modelin patentləşdirildiyi xarici ölkələrin siyahısı;

patentin ilk üç il müddətində qüvvədə saxlanılması üçün müəyyən edilən xarici ölkələrin siyahısı;

ərizəçi hüquq sahibinin nümayəndəsi olduqda, ona verilən etibarnamənin surəti;

hüquq sahibinin bank rekvizitləri.

Sənədlər Azərbaycan dilində təqdim edilməlidir.

Ərizə Agentliyə daxil olduğu gün qeydiyyata alınır. Təqdim edilmiş sənədlərin düzgünlüyü və tamlığı 3 (üç) iş günü müddətində Agentlik tərəfindən yoxlanılır. Ərizəyə onun Agentlikdə qeydiyyata alındığı tarixdən ən gec 30 (otuz) gün müddətində baxılacaq.

Agentlik ərizə və ona əlavə olunan sənədlərdə imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, onların 10 (on) iş günü müddətində aradan qaldırılması üçün hüquq sahibinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərəcək. Bu halda ərizəyə baxılma müddəti dayandırılır. Çatışmazlıqlar aradan qaldırılaraq, tələb olunan sənədlər və məlumatlar Agentliyə təqdim olunduğu tarixdən ərizəyə baxılma müddəti bərpa olunur.

Aşkar edilmiş çatışmazlıqlar 10 iş günü müddətində aradan qaldırılmadıqda, ərizə baxılmamış saxlanılır və bu barədə əsaslandırılmış qərar qəbul edilir. Qəbul edilmiş qərar barədə 3 (üç) iş günündən gec olmayaraq hüquq sahibinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilməlidir. Ərizəçi həmin qərarın surətini tələb edə bilər. Bu halda 3 (üç) iş günündən gec olmayaraq, qərarın surəti ərizəçiyə təqdim olunmalı və ya onun elektron, yaxud poçt ünvanına göndərilməlidir.

Şikayətçi qərarla razı olmadıqda, müvafiq yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

Göstərilən çatışmazlıqlar qeyd edilən müddətdən sonra aradan qaldırıldıqda, hüquq sahibi xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün Agentliyə yenidən ərizə ilə müraciət edə bilər.

İxtiranın və ya faydalı modelin xarici dövlətlərdə patentləşdirilməsi və patentin ilk üç il müddətində qüvvədə saxlanılması üçün Qaydada müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə, ərizə və ona əlavə olunan sənədlərdə təhrif olunmuş məlumatlar olduqda, yaxud sənədlər tam təqdim edilmədikdə, Agentlik tərəfindən xərclərin dövlət tərəfindən maliyyələşdirilməsindən imtina edilməsinə dair qərar qəbul edilir. Qəbul edilmiş qərar barədə ərizəçinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilir.

Ərizəçi qərarla razı olmadığı halda, müvafiq yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edildikdə ixtiranın və faydalı modelin patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün çəkilən xərc Agentlik tərəfindən hüquq sahibinin bank hesabına köçürülür. Patent sahibinin çəkdiyi xərcin məbləği vəsaitin ödənildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq hesablanacaq.

Maraqlanan şəxslər daha ətraflı məlumat əldə etmək üçün Əqli Mülkiyyət Agentliyinin 960 - “Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

On dörd nəfər Bakı məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Sabah ölkə ərazisində əsl yaz havası olacaq

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir